Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Bankokda minlərlə adam etiraz aksiyasına başlayıb


Tailandın paytaxtı Bankokda minlərlə adam etiraz aksiyasına başlayıb. Etirazlar eyni vaxtda 4- əmək, energetika, səhiyyə və ticarət nazirlikləri qarşısında keçirilir.

Nümayişə çıxanlar baş nazir Yingluck Shinawatra-nın istefasını tələb edir, onun qardaşı, keçmiş baş nazir Thaksin Shinawatranın ölkə siyasətinə təsir etməsinə etiraz edirlər. Hər iki şəxs korrupsiya ilə monarxiyaya zərərvurma ittiham olunur.

Daxili işlər nazirliyinin məlumatına görə, ölkənin 19 əyalətində eyni tələblə aksiyalar davam etməkdədir.

Bəzi məmurların küçələrə çıxıb aksiyaçılara qoşulduğu barədə məlumatlar var.

Tailandda baş nazirin keçmiş müavini Suthep Thaksuban-un başçılıq etdiyi antihökumət aksiyaları bir neçə həftədir davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG