Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:43

Zaqatalada 4 nəfərin güllələnməsinə görə daha iki nəfər tutulub


Zaqatalada 4 nəfərin güllələnməsinə görə daha iki nəfər tutulub. Bu barədə Zaqatala rayon polis şöbəsinə istinadən APA məlumat yayıb.

Tutulanlardan birinin dörd nəfəri güllələməkdə təqsirləndirilən Samir Osmanovun qardaşı olduğu bildirilir.

Zaqatala rayon polis şöbəsinin rəisi Arif Babayev hadisənin motivi barədə danışmaq istəməyib:

“Hazırda bu işlə bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Aparılan tədbirlər başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”-deyə o bildirib.

Noyabrın 24-də gündüz radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildən Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə avtomatdan atəş açıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 3-ü hadisə yerində ölüb, sürcü isə xəsarətlər alıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG