Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

“Azadlıq” qəzeti aksiyaya hazırlaşır


“Azadlıq” qəzeti satışdan əldə olunan 60 min manata yaxın vəsaiti hələ də “Qasid” mətbuat yayımı firmasından ala bilmir. Bu səbəbdən də qəzet noyabrın 29-da yenidən firmanın qarşısında aksiya keçirməyi qərara alıb.

Bunu AzadlıqRadiosuna baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib.

“Bu gün “Qasid”in bizə borcu 60 min manata çatıb. İl yarımdır mübarizə aparırıq, amma hakimiyyət bu problemin həlli üçün heç bir addım atmır. Bunun hamısı hakimiyyətin “Azadlıq” qəzetinə olan münasibətindən qaynaqlanır.

Dəfələrlə ”Qasid" rəhbərliyi ilə danışıqlar aparmışıq, firmasının qarşısında etiraz aksiyaları keçirmişik. Amma heç bir nəticəsi yoxdur. “Qasid”dən pulumuzu ala bilmədiyimizə görə qəzetin “Azərbaycan” Nəşriyyatına böyük məbləğdə borcu yaranıb".

Rahim Hacıyevin sözlərinə görə, onlar yenidən aksiya keçirməklə həm problemə diqqət çəkmək, həm də “Qasid” firmasından pularını almaq istəyirlər.

“Qasid” firması qəzetlərə olan borcu etiraf edir. Bildirir ki, firmanın köşklərinin xeyli hissəsi şəhərdən götürüldüyü üçün satışda problem yaranıb. Buna görə də satılan qəzetlərin pullarını redaksiyalara ödəmək çətin olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG