Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:46

Fondun 10 aylıq gəlirləri 2 milyarddan çox olub


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 10 ayda gəlirləri 2 milyard 208 milyon manat olub.

Bu barədə noyabrın 27-də Fondun internet saytında məlumat verilib.

Açıqlanan məbləğin ötən illə müqayisədə 83 milyon manat çox olduğu bildirilir. Məlumata görə, yığılan vəsait pensiya və müavinətlərin vaxtında verilməsinə imkan verib.

10 ay ərzində Fondun xərcləri 2 milyard 119 milyon manat olub ki, bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 170, minimum məbləği 100 manatdır.

2013-cü ilin oktyabrın 1-ə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alanların sayı 1 milyon 275 min nəfər təşkil edir. Əmək pensiyası alanların 39,5 faizi kişilər, 60,5 faizi isə qadınlardır. Onlardan 63 faizə yaxını yaşa görə, 27 faizi əlilliyə görə, 11 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG