Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:41

Vilnüs sammitində Azərbaycanla viza rejiminin sadələşdirilməsi barədə saziş imzalana bilər


Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək sammitində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması nəzərdə tutulur.

Əsas müzakirə mövzusu proqram iştirakçısı ölkələrlə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılması barədə sazişin imzalanmasında əldə edilən tərəqqi olacaq. Gürcüstan və Moldova ilə assosiasiya və DCFTA sazişinin paraflanması gözlənilir.

Ukrayna ilə eyni sazişin imzalanması məsələsi isə hələ masadadır.

Bundan başqa, Gürcüstanın AB-nin böhranların idarə edilməsi üzrə missiyalarında iştirakı haqda çərçivə sazişinin imzalanması və Ukrayna ilə aviasiya üzrə sazişin paraflanması da nəzərdə tutulub.

Zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə qəbul olunacaq.
XS
SM
MD
LG