Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:53
Yerevanda ölkənin Rusiyanın rəyhbərlik etdiyi vahid gömrük ittifaqına qoşulmasına etiraz olaraq aksiya keçirilib.Prezident sarayının qarşısına yığışan onlarla etirazçı prezident Serz Sarkisianı bu qərardan daşınmağa çağırıblar.Aksiyanı prezidentliyə keçmiş namizəd Paruyr Hayrikyan təşkil edib.Aksiyaçılar “Rusiya imperiyasına yox”, “Ya Vilnüs ya da istefa” şüarları səsləndiriblər.

Qeyd edək ki, noyabrın 28-29-da Vilnüsdə Avropa Birliyinin Şərq tərəfdaşlığı sammiti keçiriləcək.

Şərq Tərəfdaşlığı proqramında məqsəd keçmiş Sovet respublikalarını Avropa Birliyinə yaxınlaşdırmaqdır.

Ermənistan artıq Rusiyanın rəhbərlik etdiyi Vahid gömrük ittifaqına qoşulacağını bəyan edib. Həmçinin Ukrayna Avropa Birliyi ilə asosasiv saziş imzalanmasını dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG