Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:09

«Arzulardan yoğrulan» şahin heykəlciyi 4 milyon dollara satıldı


-
«Malta şahini»

«Malta şahini»

Hollivudun ulduz aktyorlarından Humphrey Bogart-ın çəkildiyi «Malta şahini» (The Maltese Falcon—rej. John Huston) filmindəki heykəlcik Nyu-Yorkdakı hərracda 4 milyon dollara alıcı tapıb.

«Bohnam's» Hərrac Evinin noyabrın 26-da düzənlədiyi «Arzular nədən yoğrulur» (What Dreams Are Made Of) adlı hərrac populyar Amerika filmlərindəki raritetlərə - nadir əşyalara həsr olunmuşdu.

«Malta şahini»nin yeni sahibi heykəlciklə birgə həmin filmin DVD-sini də əldə edib.

Filmdə Humphrey Bogart-ın yaratdığı obraz şahin heykəlinə baxıb deyir:

«Arzular nədən doğursa, bu şahin heykəlciyi də o materialdan yoğrulub».

Hərrac Evinin saytının yazdığına görə, ekspertlər 4 milyona satılan heykəlciyin bir neçə yerdən zədəli olduğunu bildiriblər.

Zədələrdən biri filmin çəkilişində--aktrisa Lee Patrick heykəlciyi Bogart-a verdiyi zaman yaranıb. Aktrisa heykəli əlindən yerə salıb...

Heykəlin yeni sahibinin adı açıqlanmır.

Hərracda «Kasablanka» filmində istifadə olunan əfsanəvi «Buick Phaeton» maşını 461 min dollara, Audrey Hepburn-nin «Məzəli sifət» filmində taxdığı «Givenchy» markalı şlyapa 87.5 min dollara, Vivien Leigh-nin «Küləklə sovrulanlar» filmində geyindiyi gecə köynəyi 56 min dollara satılıb.

«Malta şahini» filmi 1941-ci ildə çəkilib.

1942-ci ildə 3 nominasiyada «Oscar»a irəli sürülüb, amma film heç birini ala bilməyib.
Amerikanın həftəlik «Entertainment Weekly» jurnalı onu bütün zamanların ən yaxşı filmi sayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG