Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:04

İlham Əliyev Dick Cheney-ə nə hədiyyə edib?


Arxiv foto: ABŞ-ın vitse-prezidenti Dick Cheney Bakıda prezident İlham Əliyevlə görüşür. 3 sentyabr 2008

Arxiv foto: ABŞ-ın vitse-prezidenti Dick Cheney Bakıda prezident İlham Əliyevlə görüşür. 3 sentyabr 2008

-

QİYMƏTİ 20 DOLLARDAN ARTIQ HƏDİYYƏ HÖKUMƏTƏ VERİLMƏLİDİR
ABŞ Dövlət Departamentinin Protokol İdarəsinin rəisi 2012-ci ildə xarici ölkələrdən ABŞ hökuməti liderlərinə verilmiş hədiyyələr haqqında məlumat açıqlayıb. Avqustun 30-da açıqlanmış rəsmi məlumatda Azərbaycan rəsmilərinin də verdikləri hədiyyələr, onların dəyəri və hazırda saxlandıqları yer haqqında informasiya verilir.

ABŞ Qanunlarına görə, dövlət məmuru qiyməti 20 dollardan yuxarı olan hədiyyə qəbul edə bilməz. Eyni zamanda, il ərzində eyni adamdan aldığı hədiyyələrin miqdarı 50 dolları keçə bilməz.

Amma tarix boyu dövlət rəsmilərinin səfərlərində bir-birinə hədiyyə vermək diplomatik etiketin tərkib hissəsi sayılıb. Onu qəbul etməmək isə bir kobud davranış hesab oluna bilər. Ona görə ABŞ-ın dövlət rəsmiləri də xarici ölkələrə səfərləri zamanı qiymətli hədiyyələr qəbul edirlər, hədiyyələr verirlər. Lakin ABŞ rəsmiləri sonradan mütləq onları hökumətin yaratdığı xüsusi hədiyyələr idarəsinə təhvil verməlidirlər. Bu hədiyyələr isə ya Milli Arxiv İdarəsinə, ya da xidməti istifadə üçün başqa istiqamətlərə yönəldilir.

AZƏRBAYCANDAN VERİLƏN HƏDİYYƏLƏR
ABŞ hökuməti adından hədiyyəni qəbil edən Qəbul edilmiş hədiyyə Hədiyyəni verən Qəbul edildiyi tarix Təxmini qiyməti (ABŞ dolları) İndi saxlandığı yer
Prezident Barack Obama
“Sehrli ilmələr” adlı 1.3x1 ölçüdə yun xalça. Mavi, bənövşəyi və narıncı ipək şal. Səfir Elin Süleymanov 13 yanvar 2012 405 Milli Arxivlər İdarəsi
Prezident Barack Obama və xanım Michelle Obama Səkkizgüşəli, çox rəngli kiçik xalça. Əl işi olan və qızıl suyuna çəkilmiş büllur bardaq. Səfir Elin Süleymanov 20 dekabr 2012 1,450 Milli Arxivlər İdarəsi
Dövlət Katibi Hillary Clinton 1.5x1 metr ölçüdə “Qarabağ, Şuşa” adlı xalça. Gümüş və qızıl suyuna çəkilmiş iki dəst fincan və nəlbəki. “Azərbaycan – tolerantlıq məkanı" adlı kitab. Prezident İlham Əliyev 6 iyun 2012 420 Milli Arxivlər İdarəsi
Dövlət Katibi Hillary Clinton Xanım Clinton-un qızıl çərçivəyə salınmış 0.8x.06 metr ölçüdə rəsmi. Prezident İlham Əliyev İyun 2012 500 Ümumi Xidmətlər İdarəsi
Dövlət Katibi Hillary Clinton Qara kürü. ABŞ-dakı səfir Elin Süleymanov 9 iyul 2012 500 Ümumi Xidmətlər İdarəsi
Dövlət Katibinin yardımçısı Philip Gordon Qara kürü. ABŞ-dakı səfir Elin Süleymanov 9 iyul 2012 500 Ümumi Xidmətlər İdarəsi
Dövlət Departamen­ti­nin sözçüsü Victopria Nuland. Qara kürü. ABŞ-dakı səfir Elin Süleymanov 9 iyul 2012 500 Ümumi Xidmətlər İdarəsi
Prezident Barack Obama “Azərbaycan”, “Azərbaycan – tolerantlıq məkanı”, “Qara­bağ qrupundan Azər­baycan xalçaları” adlı kitablar. Gümüşlə işlənmiş 6 fincan. Prezident İlham Əliyev 20 may 2012 553 Milli Arxivlər İdarəsi

Dövlət Departamentinin Protokol İdarəsinin yaydığı məlumatda ABŞ rəsmilərinin keçən il ərzində aldıqları hədiyyələr sırasında qiyməti bir neçə yüz dollar
Arxiv foto: Dövlət Katibi Hillary Clinton Bakıya səfəri zamanı. 4 iyul 2010

Arxiv foto: Dövlət Katibi Hillary Clinton Bakıya səfəri zamanı. 4 iyul 2010

olan kiçik hədiyyələrdən tutmuş 10 000 dollara qədər dəyəri olan əşyalar da var.

Məsələn, Səudiyyə Ərəbistanın Müdafiə naziri Salman bin Abdulaziz Al Saud keçən il ABŞ-ın Müdafiə naziri Leon E. Panetta-ya qiyməti 7 600 dollar olan dəvə və palma ağacı fiquru verib.

İrlandiya hökumətinin rəhbəri Enda Kenny-nin ABŞ prezidenti Barack Obama-ya bağışladığı büllur qab və heykəlciyin də qiyməti təxminən 7246 dollar olub.


ERMƏNİSTANDAN ABŞ RƏSMİLƏRİNƏ NƏLƏR VERİLİB?
Siyahıda Ermənistandan verilən hədiyyələr haqqında da məlumatlar var.
Məsələn, 2012-ci ilin dekabrında Ermənistanın Baş naziri Tigran Sargsyan Ağ Evin əməkdaşına qiyməti təxminən 1 000 dollar olan qızıl sikkələr verib.

Xarici İşlər naziri Eduard Nalbandyan isə həmkarı Hillary Clinton-a qiyməti təxminən 520 dollar olan şərf, sırğa, qolbaq və sancaq dəsti hədiyyə edib. Baş nazir Sargsyan isə xanım Clinton-a qiyməti 2200 dollar olan “Muş vaizi” adlı heykəlcik təqdim edib.

Sargsyan ABŞ-ın Müdafiə naziri Leon Panetta-ya da 2100 dollar dəyəri olan qədəh hədiyyə edib.

DİCK CHENEY VƏ XANIMININ BAKIDA ALDIĞI HƏDİYYƏLƏR
​Dövlət Departamentinin məlumatında əvvəlki illərdə alınmış hədiyyələr haqqında da məlumat var. Bu informasiyalar içərisində ABŞ-ın keçmiş vitse-prezidenti Dick Cheney-in 2008-ci ildə aldığı bahalı hədiyyələr diqqət çəkir.

Məsələn, vitse-prezidentin qızı Elizabeth Cheney 2008-ci ilin martında Səudiyyə Ərəbistanı kralından qiyməti 85 000 dollar olan, brilyant və yaqutdan hazırlanmış zinət əşyaları qəbul edib. Həmin vaxt kral ABŞ-ın vitse-prezidentinin xanımı Lynne Cheney-ə də qiymət 65000 dollar olan zinət əşyaları hədiyyə edib.

Dick Cheney 2008-ci ildə Azərbaycandan da xeyli hədiyyələr alıb. Əsasən prezident İlham Əliyevin təqdim etdiyi həmin əşyaların siyahısı aşağıdakı kimidir:
ABŞ hökuməti adından hədiyyəni qəbil edən Qəbul edilmiş hədiyyə Hədiyyəni verən Qəbul edildiyi tarix Təxmini qiyməti (ABŞ dolları)
ABŞ-ın vitse-prezidenti Dick Cheney 10 banka nərə kürüsü, Tovuz konyakı, bir qutu nar, 10 qutu nar şirəsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008 2 718
ABŞ-ın vitse-prezidenti Dick Cheney Foto albom Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008 295
ABŞ-ın vitse-prezidenti Dick Cheney Əl işi olan ipək xalça Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008 6 800
ABŞ-ın vitse-prezidenti Dick Cheney-nin xanımı Qızıl və gümüş dəstəyi olan 6 fincan, üstü naxışlı qolbaq, naxışlı gümüş kəmər. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008 620
ABŞ-ın vitse-prezidenti Dick Cheney-nin xanımı Quru meyvə və cem Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 3 sentyabr 2008 120

Azərbaycan rəsmiləri də müxtəlif ölkələrə səfərləri zamanı hədiyyələr qəbul edirlər. Hələlik mediaya həmin hədiyyələrin sonrakı taleyi barədə heç bir məlumat verilməyib.

Sizcə, bu hədiyyələr onları alan yüksək vəzifəli məmurlara çatmalıdır, yoxsa, ABŞda olan kimi hökumətə təhvil verilməlidir. Aşağıda forumda fikirlərini yaz, polemikaya sən də qoşul.

Şərhləri göstər

XS
SM
MD
LG