Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44
-
Noyabrın 26-da saat 19:00-da Heydər Əliyev Sarayında görkəmli müğənni, Xalq Artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, gecədə bir çox tanınmış elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının iştirakı gözlənilir.

Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakıda doğulub.

M.Əzizbəyov adına Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil alıb.

Mirzə Babayev Bakıda («Nizami» muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir.

Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəllərində müharibədən qayıdandan sonra görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

Azərbaycan Dövlət Konservatoriyasını bitirən Mirzə Babayev 30-dan çox filmdə rol alıb, uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

Azərbaycan Respublikasının Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülüb, iki dəfə «Humay» mükafatı laureatı olub.

Mirzə Babayev 2003-cü il yanvarın 13-də, 90 yaşın tamamına bir neçə ay qalmış dünyadan köçüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG