Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:10

ATƏT insan alveri ilə bağlı seminar keçirir


-
ATƏT-in Bakı Ofisi insan alveri qurbanlarının müdafiəsi mexanizmlərinə həsr olunmuş beynəlxalq seminar təşkil edib.
Trend-in məlumatına görə, tədbirin rəsmi açılışında ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay çıxış edib. O, Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində çox yaxşı təcrübəyə malik olduğunu bildirib.
Onun sözlərinə görə, insan alverinin qurbanları əsasən kasıb və sosial məkandan kənar düşmüş şəxslər olurlar:
"Çox zaman bunlar miqrantlar olur. Qadın və uşaqların evlərindən didərgin düşməsi, uşaqların məcburi əməyə cəlb edilməsi, yollarda qalması məhkəmə və hüquq sistemininin bu məsələ üzərində düşünməsini vacib edir. İnsan alverinə qarşı mübarizəyə cəlb olunmuş bütün tərəflərin qurbanların zəif durumda olduqlarını qəbul etməsi çox vacibdir".
Koray Tarqay bildirib ki, önəmli məsələlərdən biri də onların insan alveri qurbanı olduğu zaman məcburən törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılmasıdır: "İnsan alverinə qarşı mübarizə aparan tərəflər bilməlidirlər ki, bu müdafiə sistemi kriminallaşdırılmamalıdır. İnsan alveri qurbanlarına lazımi şərait yaradılmalıdır ki, digər maneələr qarşısında aciz qalmasınlar".
Seminar iki gün davam edəcək və beş hissədən ibarət olacaq. Tədbirin məqsədi hakim, prokuror, vəkil və hüquqşünasların insan alveri və məcburi əmək hallarının mühakiməsi, eləcə də insan alveri qurbanlarının müdafiəsi haqqında biliklərini təkmilləşdirməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG