Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22
-
Bakıdakı «Qalereya-1969» sərgi salonunda Mirzə Ələkbər Sabir Fondunun və bu qurumun prezidenti Sevda Tahirlinin «Qanımızın səsi» kitabının təqdimat mərasimi keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin fondun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, fondun əsas məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin araşdırılmasından ibarətdir.

Fondun əsas vəzifələri sırasına Mirzə Ələkbər Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, gənc araşdırmaçıları böyük şairin irsinin öyrənilməsinə cəlb etmək, M.Ə.Sabir yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır.

Fondun www.sabirfondu.org saytı fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG