Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

ABŞ prezidenti Barack Obama tənqidləri qəbul etmir


ABŞ rəhbəri İranla yeni beynəlxalq nüvə razılaşması ətrafında edilən tənqidləri qəbul etmir.

Bazar ertəsi San Fransiskoda çıxış edən Obama bunları deyib:

“Siyasətdə küy-kələkli və ya sərt müzakirələr asan iş ola bilər. Ancaq təhlükəsizlik baxımından bu, doğru addım deyil.”

ABŞ-da Respublikaçılar Partiyasından olan bəzi millət vəkilləri bu razılaşmaya görə Obamanı tənqid edib.

Obama öz çıxışında bildirib ki, əgər bu razılaşma həyata keçərsə uzun illərdir Vaşinqton və Tehran arasında olan inamsızlıq divarı tədricən aradan qalxacaq.

İranla 6 dünya gücü arasında olan müvəqqəti razılaşma təklif edir ki, İran nüvə proqramı ilə bağlı bəzi məqamlardan imtina etsin. Bunun əvəzində İrana qarşı sanksiyaların yumşaldılacağı vəd edilir.

Qərb ölkələri narahatdırlar ki, İran mərhələ-mərhələ nüvə silahı hazırlayır. İran isə bu ittihamları təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG