Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:28

«Möhtərəm hakim, siz də bilirsiniz rüşvət necə alınıb-verilir»


Sabiq deputat Gülər Əhmədova
Sabiq deputat Gülər Əhmədova
-
Məhkəmə dekabrın 2-nə qaldı.

Gülər Əhmədova dedi ki, özünü pis hiss edir, son sözə hazır deyil.

***

Noyabrın 26-da sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə onun vəkili Əfsər Talıbov çıxış edib. O, Gülər Əhmədovaya qarşı qaldırılan bütün ittihamları əsassız sayıb. Sabiq deputatın saxta sübutlarla həbs edildiyini bildirib:

«Cinayətin obyekti olan pul ortada yoxdur. İqtidar yolunda can qoyan qadını 10 aydır həbsdə saxlayırsız. Qanunlara 1 faiz əməl olunsa, Gülər Əhmədova azadlığa çıxmalıdır. Bir dənə də sübut yoxdur ki, o, həbs olunsun. Elşad peşəkar rejissordur. Ortada pul olsaydı, həmin peşəkar rejissor bunu çəkməli idi. O hüquq professoru olsa da, böhtançıdır. Gülər xanımın arxası yoxdur deyə, tutubsuz? Tələb edirəm ki, videoda kimlər varsa, hamısını tutun».

Əfsər Talıbov istintaq orqanlarını qanunlara əməl etməməkdə günahlandırıb. Bildirib ki, Gülər Əhmədova vəkili olmadan 2 dəfə dindirilib.

Prosesdə Gülər Əhmədovanın istintaqa verdiyi ifadələr və Sevinc Babayevanın Türkiyədən ona yazdığı mesajlar oxunub. Mesajda Sevinc Babayeva Gülər Əhmədovaya yazıb:

«Yaşasam, Elşadın vayına oturacam».

Bu vaxt Gülər Əhmədova barmaqlıqlar arasından «artıq bunlar mənim vayıma oturublar» deyib.

Əfsər Talıbov ifadəsinə davam edib. O, videogörüntülərdə deyilən məbləğin qeyri-müəyyən olduğunu, dəqiq rəqəmlərin bəlli olmadığını bildirib:

«Elşad hüquq professorudur. O, bilir rüşvəti necə alıb vermək lazımdır. Mən də hüquqşünasam, bilirəm rüşvət necə alınıb verilir. Möhtərəm hakim, siz də bilirsiniz rüşvət necə alınıb-verilir».

Bu zaman hakim vəkilin çıxışına müdaxilə edir:

«Ağsaqqal, biz bilmirik rüşvət necə alınıb-verilir. Bizə onun dərsini keçməyiblər».

Bu il fevralın 13-də G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Prokuror məhkəmədən Gülər Əhmədovaya 4 il həbs istəyib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG