Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:21

Yulia Tymoshenko aclıq aksiyasına başlayıb


Ukraynanın həbsdə olan baş naziri aclıq aksiyasına başlayıb.
Sabiq baş nazir Yulia Tymoshenko Ukrayna etirazçıları ilə həmrəylik nümayiş etdirdiyini deyir. O, Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalanması tələbi ilə aclıq aksiyasına başlayıb.
Yulia Tymoshenko etirazçılara yolladığı məktubda belə yazır: «Mən Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalanması tələbinizdə sizinlə həmrəyəm».
Avropa Birliyi Rusiyanı sazişi imzalamaması üçün Ukraynaya təzyiq etməkdə günahlandırdı.
Avropa Birliyinin prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının rəhbəri Jose Manuel Barroso «biz bu məsələdə Rusiyanın mövqeyini qətiyyətlə rədd edirik»- deyə ortaq rəy bildiriblər.
Onlar ayın sonunda keçiriləcək Vilnus sammitində Ukraynaya etdikləri təklifin hələ də qüvvədə olduğunu bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG