Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:30

Zaqataladakı atışmaya görə bir nəfər həbs edilib


-
Zaqataladakı atışmaya görə 1 nəfər saxlanılıb. Bu, “VAZ-2107” -nin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcovdur. Bildirilir ki, 4 nəfərin olduğu avtomobilə məhz Vüqar Lahıcovun idarə etdiyi bu avtomobildən açılıb. Bu barədə APA-ya Zaqatala Rayon Polis şöbəsindən bildiriblər. Hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Noyabrın 24-də Zaqatala rayonu Yuxarı Tala kəndində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi avtomobilinə avtomatdan atəş açıb.
Maşında olan 4 nəfərdən 3-ü güllə yarasından ölüb. Dördüncü adam isə yaralanıb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120,2.7 (iki və daha çox şəxsin qəsdən öldürülməsi), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Sonra isə iş rayon prokurorluğundan alınıb. Xüsusi ilə ağır cinayət olduğu üçün cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG