Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:12

Apellasiya məhkəməsi «Facebook işi»ni geri qaytardı


Mikayıl Talıbovun Facebook-da yaratdığı «Access bank- haqsız bank» səhifəsinin görüntüsü
Mikayıl Talıbovun Facebook-da yaratdığı «Access bank- haqsız bank» səhifəsinin görüntüsü
-
Noyabrın 25-də Şirvan apelyasiya məhkəməsi «Facebook işi» adlanan işə baxıb.

Access bankın sabiq əməkdaşı Astara rayon sakini Mikayıl Talıbovla bu bank arasında məhkəmə çəkişməsi gedir. Mikayıl Talıbov onun bankdan qanunsuz çıxarılmasına etiraz olaraq Facebookda «Access bank- haqsız bank» səhifəsi açaraq banka qarşı bir çox ittihamlar irəli sürmüşdü. Bank sosial şəbəkədə onun işgüzar imicinə xələl gətirdiyini əsas gətirərək Mikayıl Talıbovu məkəməyə vermişdi.
Astara məhkəməsi 30 iyulda Access bankın xeyrinə qərar çıxartmışdı. Məhkəmənin qərarına görə təqsirləndirlən şəxsin əmək haqqından 20 faiz tutulmaqla 1 il islah işləri kəsilmişdi. Məhkəmə Mikayıl Talıbovun sosial şəbəkədə təkzib verməsini istəmiş, eyni zamanda Mikayıl Talıbova xaricə getmək qadağası qoyulmuşdu.
Mikayıl Talıbovun deməsinə görə Şirvan apellyasiya məhkəməsi Astara məhkəməsinin qərarını ləğv edib, işi geri qaytarıb. İşə yenidən baxılacaq.
“Xaricə getməmək haqqında çıxarılan qərar, bilmirəm qüvvədə qalır ya yox. Astara məhkəməsində mənim vəkilim olmayıb. Gözlənilmədən məhkəmə çağırdılar və məni günahkar hesab etdilər”.
Mikayıl Talıbovun hüquqlarını Media Hüquqları institutu müdafiə edir.
XS
SM
MD
LG