Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:45

Putin Roma papası Francislə görüşüb


Vladimir Putin və papa Francis
Vladimir Putin və papa Francis
İtaliyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Roma papası Francislə görüşüb.Söhbət adətən ali görüşlərin keçirildiyi Vatikan kitabxanasının zalında aparılıb.

Vladimit Putini görüşdə xarici işlər naziri Sergei Lavrov , baş nazirin müavini ArkadyDvorkovic, müdafiə naziri Sergei Shoygu, prezidentin mətbuat katibi Dimitry Peskov, Rusiyanın Vatikandakı və İtaliyadakı səfirləri Aleksandr Avdeev və Sergei Razov müşaiyət ediblər.

Roma papası görüşün sonunda Moskva və bütün Rusiyanın patriarxı Kirilə salam göndərib.

Bundan sonra Putin Vatikanın dövlət katibi Petro Parolinlə görüşüb.
XS
SM
MD
LG