Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

Assosiasiya Razılaşması ölkələrə nələr vəd edir? (İnforqrafika)


Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin xəritəsi.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin xəritəsi.

-


Assosiasiya Razılaşması və Dərin, Əhatəli Ticarət Anlaşması (ARDƏTA) nədir?

ARDƏTA Şərq Tərəfdaşlığı Proqramına daxi olan ölkələrin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belorus) Avropa Standartlarına yaxınlaşdırılması üçün Avropa Birliyinin ən vacid alətidir.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin noyabrın 28-də Vilnüsda keçiriləcək sammitində də ARDƏTA sənədinin imzalanmasına hazırlıq prosesi, Ukraynaın bu sənədi imzalayacağı gözlənirdi.

Sənəd əsasən dörd hissədən ibarətdir:

Ümumi xarici və təhlükəsizlik siyasəti,
Ədliyyə və daxili işlər,
Daha dərin və əhatəli ticarət,
Ətraf mühit, elm, nəqliyat və təhsil məsələləri

Hər ölkə üzrə imzalanan ARDƏTA bir-birindən fərqlidir və detalları həmin dövlətlərlə müzakirə edilir. Bu sənədi imzalayan dövlətlər Avropa Birliyinin ticarət, istehlakçıların hüquqlarının və ətraf mühitin mühafizəsinə dair bəzi sənədlərini qəbul etmək öhdəliyi götürürlər. ARDƏTA imzalayan ölkələr qarşıdakı 10 ildə Avropa Birliyinin 350-ə yaxın qanununu qəbul etməlidirlər.

Bu ölkələr eyni zamanda ARDƏTA imzalamaqla Avropa Birliyinin 500 milyon istehlakçısı, ümumi 12.9 trilyon avroluq iqtisadiyyatı olan bir ticarət məkanına ayaq basırlar. Bu razılaşma çərçivəsində Avropa Birliyi ölkələrinə viza rejiminin sadələşdirilməsi də nəzərdə tutulur.

Alternativ kimi irəli sürülən məsələn, Rusiyanın Gömrük İttifaqı 170 milyon istehlakçı və 1.4 trilyon avroluq iqtisadiyyatı olan məkan təklif edir.

İmzalanandan nə qədər sonra ARDƏTA qüvvəyə minəcək?

Şərq Tərəfdaşlığı Proqramına qoşulan ölkələr Assosiasiya razılaşmasını imzalayandan sonra bu sənədi Avropa Birliyi dövlətlərinin hər birinin parlamenti təsdiqetməli, sonra da Avropa Parlamentində müzakirəyə çıxarılmalıdır. Buna da bir neçə il vaxt lazımdır. Amma ona qədər sənədi imzalamış ölkələrə məsələn, ticarət sahəsində müvəqqəti dövr üçün müəyyən yüngülləşdirilmiş şərtlər təklif edilə bilər.

Ukrayna Vilnüsdə ARDƏTA imzalamasa nə olacaq?

Ukrayna ARDƏTA-nın imzalanması dair məsələlərin müzakirəsi demək olar yekunlaşıb. Amma Vilnüs Sammitinə bir neçə gün qalmış Kiyev prosesin dondurulması barədə qərar qəbul edib. Ukrayna hökuməti qərarını daha çox bu sənədin imzalanmasından sonra Rusiya ilə ticarətdə ölkə iqtisadiyyatının mümkün itkilərini öyrəndiyini bildirib.

Əgər Ukrayna sənədi Vilnüsdə imzalaya bilməsə, nəzəri olaraq sənədi gələcəkdə Avropa Birliyi nazirlərinin toplantılarının birində də imzalaya bilər. Amma sənədin Vilnüsdə imzalanmaması praktiki olaraq Ukraynanın Avropaya doğru hərəkətinə uzunmüddətli bir əngəl ola bilər.

Polşa prezidenti noyabrın 14-də jurnalistlərə bildirib ki, ARDƏTA-nı Vilnüsdə imzalamamaq onun qeyri-müəyyən müddətə qədər təxirə salınması demək olardı.

Azərbaycan, Ermənistan və Belorusla danışıqlar nə yerdərir?

Azərbaycan hələ Dünya Ticarət Təşkilatının üzvü olmadığı üçün ARDƏTA-nın imzalanmasına dair Bakı ilə danışıqlar hələ bir il də davam edə bilər. Amma xarici medianın xəbərinə görə Bakı sənədi onun ticarət razılaşması bölümü olmadan imzalamaq niyyətini bəyan edir. Brüsseldə isə hələlik bunu mümkün hesab etmirlər.

Azərbaycanın Vilnüs Sammitində Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə dair sənədləri imzalayacağı nəzərdə tutulurdu. Lakin hələlik Bakının mövqeyində bir aydınlıq yoxdur.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev AzadlıqRadiosunun müxbiri ilə söhbətində deyib ki, "nə zaman, hansı sənədin imzalanması barədə qərar qəbul edilsə, bu barədə ictimaiyyətə məlumat veriləcək."

Ermənistan bu yaxınlarda Rusiyanın təklif etdiyi Gömrük Birliyinə qoşulmaq niyyətini bəyant etməklə Avropa Birliyi ilə ARDƏTA-nın imzalanması prosesində faktiki olaraq geriyə addım atıb.

Artıq Rusiyanın himayəsindəki Gömrük İttifaqına üzv olan Belorusun isə Avropa Birliyi ilə əlaqələri üçün daha yeni hüquqi əsasların tapılmasına zərurət yaranıb.

Gürcüstan və Molsova ilə danışıqlar nə yerdədir?

Moldova ilə Gürcüstan ARDƏTA sənədi üzərində müzakirələri bu iliun yayında yekunlaşdırıblar. Vilnüsdə bir daha nəzədrən keçirdikdən (paraflandıqdan) sonra hər iki ölkənin ARDƏTA sənədini 2014-cü ilin sentyabrında imzalamaları gözlənir.

ARDƏTA-nın imzalanmasından sonra Avropa Birliyinə tam hüquqlu üzvlük nə qədər çəkə bilər?

Əvvəla, hazırda Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrə təklif edilən ARDƏTA heç də birbaşa Avropa Birliyinə üzvlük üçün təminat vermir, amma heç belə üzvlüyü istisna da etmir.

Eyni zamanda qeyd olunmalıdır ki, hazırda bu altı ölkəyə təklif olunan şərtlər Mərakeş və Tunislə imzalanmış Assosiasiya Razılaşmasından daha yaxşıdır.

Xorvatiya Avropa Birliyi ilə sabitləşdirmə və assosiasiya razılaşması imzalayandan 12 il sonra bu kluba üzv qəbul edildi. Türkiyə isə assosiasiya razılaşmasını 1962-ci ildə imzalayıb, amma hələ də Avropa Birliyinə üzv olacağı günü gözləyir.

Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin ARDƏTA sənədini imzalamaq üçün hazırelıq prosesinin vəziyyəti (Qrafik 2013-cü ilin əvvəlinə olan vəziyyəti əks etdirir).

Şərhləri göstər

XS
SM
MD
LG