Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05
Azərbaycan indiyədək gücü 1-10 MVt olan alternativ enerjili elektrik stansiyaları tikirdi, bundan sonra daha irilərini tikəcək.

Bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi məlumat verib.Agentlik 2015-ci ilədək Azərbaycanda ümumi gücü 135,3 MVt olan 3 külək elektrik stansiyası tikiləcəyini bildirir.

Qurumun məlumatına görə, hazırda Pirəkəşküldə 80 MVt , Yeni Yaşma və Şurabadda isə 50 MVt və 5,3 MVt gücündə iki stansiya tikilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mərəzədə bir hibrid elektrik stansiyası (külək və günəş enerjisi) var.İstehsal edilən ilk 1 mln KVt elektrik enerjisi bu ilin oktyabrında “Azərenerji”nin şəbəkəsinə verilib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 2009-cu ilin avqustunda yaradılıb. O vaxtdan alternativ və bərpa olunan enerji mənbələrinə 380 mln manat ($500 mln) investisiya qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG