Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:35

İran səfirliyi əməkdaşının Bakıdan çıxarılması barədə açıqlama verib


İranın Azərbaycandakı səfirliyi Mədəniyyət Mərkəzinin əməkdaşı Əhməd Əhmədzadənin İrana qayıtması ilə əlaqədar bəyanat yayıb.APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, səfirliyin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul əməkdaşı Əhməd Əhmədzadə noyabrın 19-da Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qeydiyyat müddətinin bitməsi səbəbindən saxlanılıb.

Bəyanatda deyilir ki, Ə. Əhmədzadə xidməti pasportu olub və beynəlxalq konvensiyalara görə miqrasiya xidmətinin xidməti pasportların qeydiyyatına müdaxiləsi qanunsuzdur və bu işə yalnız Xarici İşlər Nazirliyi müdaxilə edə bilər.

Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar və nazirliyin səylərindən sonra Ə. Əhmədzadə saxlandıqdan təxminən 1 saat sonra azad edilib.

Ə. Əhmədzadə Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən noyabrın 21-də Bakıdan Tehrana qayıdıb.

Qeyd edək ki, İran tərəfi Azərbaycan Dövlət Miqrasiya Xidmətinin müdaxiləsi və rəftarı barədə Azərbaycan XİN-ə etiraz notası təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG