Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:08

Tailandda yenidən hökumət əleyhinə nümayiş başlayıb


Tailandın paytaxtı Banqkokda 10 minlərlə adam hökumətin istefası tələbi ilə nümayişə çıxıb.Müxalifət qüvvələri yaxın bir neçə gündə hökumətin istefasına nail olmaq fikrində olduqlarını deyirlər.Onlar dövlət qulluqçularını hökumətə qarşı vətəndaş itaətsizliyi kampaniyasına qoşulmağa çağırırlar.

Hökumət evi, parlament , dövlət televiziyası, polis idarəsi və müdafiə nazirliyinin binaları qarşısında etiraz mitinqləri keçirilir.Müxalifət hazırda xaricdə yaşayan keçmiş baş nazir Thaksin Shinawatra rejiminin getməsini tələb edir.

Hazırda hökumətə onun kiçik bacısı başçılıq edir.
XS
SM
MD
LG