Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:08
-
Noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində terror aktları hazırlamaqda ittiham olunanların məhkəməsi sona çatıb.

29 müttəhimdən 3-ü ömürlük azadlıqdan məhrum edilib. 13 nəfər 15 il, qalanları 9-10 il cəza alıb.

Məlumatı AzadlıqRadiosuna vəkil Nemət Kərimli verib.

Vəkil deyib ki, ittiham olunanlar terror aktları planlaşdırmaqda ittiham olunsalar da onların əməlləri iş materiallarında sübut olunmur:

“Bəzilərində silah olub. Özünü qismən təqsirli bilənlər də, ittiham üzrə tam təqsirli bilənlər də var. Ancaq bəziləri özlərini ümumiyyətlə təqsirli bilməyib”.

Təqsirləndirilənlər 2012-ci ildə terror aktları planlaşdırmaqda, hüquq-mühafizə orqanlarına silahlı basqında, bir sıra otellərdə və "Eurovision 2012" müsabiqəsinin keçirildiyi Crystal Hall-da və Dövlət Bayraq Meydanında partlayışlar törətməkdə ittiham olunur.

Qrup üzvləri MTN-nin 2012-ci ilin aprel-may aylarında Bakı, Gəncə, Qazax və digər bölgələrdə həyata keçirdiyi xüsusi əməliyyatlar zamanı zərərsizləşdirilib. Həmin əməliyyatların birində qrupun rəhbəri Vüqar Padarov öldürülüb.

Bundan əvvəl bu hadisələr üzrə daha iki qrup mühakimə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG