Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:14

Suriya ilə bağlı sülh konfransı yanvarın 22-də keçiriləcək


Suriya ilə bağlı növbəti beynəlxalq sülh konfransı gələn il yanvarın 22-də Cenevrədə keçiriləcək.

Bu barədə BMT-nin baş katibi Ban Ki Moonun mətbuat xidməti məlumat yayıb.Məlumatda bu konfransın Suriyada hakimiyyətin dinc yolla ötürülməsinə təminat yaratdığı və Suriya xalqının istəyinə cavab verdiyi bildirilir.Amma bəyanatda konfransda məhz kimlərin iştirak edəcəyinə aydınlıq gətirilmir. Rusiya bu konfransda İranın da iştirak etməsini istəyir.Suriya müxalifəti isə bəyan edib ki, konfransda yalnız prezident Bashar Assadın istefası şərti ilə iştirak edə bilər.

2011-ci ilin martından bu yana Suriyada gedən silahlı münaqişədə 100 mindən çox adam ölüb, milyonlarla insan evindən didərgin düşüb.
XS
SM
MD
LG