Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:16
-
Noyabrın 25-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə, mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya və Könüllülərin Beynəlxalq Əməkdaşlıq Birliyinin sədri Elnur Məmmədova xaricə çıxmamaları barədə rəsmi xəbərdarlıq edilib.

Anar Məmmədlinin Azadlıqradiosuna verdiyi məlumata görə, xəbərdarlıq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən olunub. O, qadağaların açılmış cinayət işi ilə bağlı olduğunu deyib:

«Bildirdilər ki, əsas şahid qismində cəlb edildiyinizdən istintaqın gedişində lazım olacaqsınız. Ona görə xaricə gedə bilməzsiniz. Artıq sərhəd-keçid məntəqələrində sizin buraxılmamağınızla bağlı göstəriş var. Dedilər ki, istintaqın sonunadək belə olacaq. İstintaqın nə vaxt yekunlaşacağını soruşanda, bu barədə məlumatsız olduqlarını söylədilər».

Anar Məmmədli noyabrın 27-də Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlıq ölkələrinin sammitinə dəvətli idi.

Oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində axtarış aparıb. Külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı mərkəzə cinayət işi qaldırılıb. Mərkəzin əməkdaşları şahid kimi istintaqda dindiriliblər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi bunu təşkilata olan siyasi təzyiq kimi qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG