Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:31

Rusiya Azərbaycanın teatr xadimlərinə Stanislavski mükafatı verdi


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının təqdimatı ilə K.S.Stanislavski adına mükafata layiq görülüb.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, Mübariz Həmidov Azərbaycan-Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə və qastrol səfərlərinin təşkilində göstərdiyi təşkilatçılığa görə, B.Osmanov isə İsveç dramatuqu L.Nurenin «Mən gəldim, qızlar!» («Müharibə») tamaşasına verdiyi quruluşa görə bu mükafata layiq görülüblər.

Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bu ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikasının Milli Dram Teatrında qastrol səfərində olub və 3 tamaşa ilə çıxış edib.

Xəbərdə vurğulanır ki, Stanislavski adına mükafat teatr xadimlərinə qastrolun uğurlu nəticələrinə görə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG