Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:45

«Xəzər Lənkəran» Mustafa Denizli ilə müqavilə bağlayır


Mustafa Denizli
Mustafa Denizli
-
Türkiyənin tanınmış futbol mütəxəssisi Mustafa Denizli «Xəzər Lənkəran» komandasının baş məşqçisi olacaq.

John Toshack «Xəzər Lənkəran»dan ayrılandan sonra komandaya Mustafa Denizli gətirilir.

Bu haqda klubun prezidenti Mais Mənsimov açıqlama verib. Deyib ki, hələ rəsmi müqavilə imzalanmayıb.

Bu gün Mustafa Denizli son qərarını vermək üçün Azərbaycana gələcək.

Müqavilənin 2 illiyə imzalanacağı gözlənilir.

Azərbaycan çempionatında «Xəzər Lənkəran» 14 xalla 8-ci yerdədir.
XS
SM
MD
LG