Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:31

Vəfa Quluzadə: «Bizim region darmadağın olmayacaq»


Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)

Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)

-
«İranla aparılan dialoq və razılaşmalar müsbət nəticələr verəcəksə, bu həm dünya, həm də region üçün böyük bir uğurdur. Axır vaxtlar «İrana hərbi zərbə vurmaq lazımdır, İranı darmadağın etmək lazımdır» kimi çox təhlükəli fikirlər səslənirdi. Məsələ bütün Yaxın Şərqin darmadağın olunmasına gətirib çıxaracaqdı. Ona görə razılaşmalar olduqca müsbət hadisədir».

Bunu politoloq Vəfa Quluzadə İran və altılıq dövlətlərinin yarımillik razılaşmasını AzadlıqRadiosuna şərhə edərkən bildirib.

Vəfa Quluzadənin fikrincə, Qərb İranla əməkdaşlığı gözardı etməməlidir:

«Qərb də, deyəsən, buna gedir. Buna tam əmin olmaq çətindir, çünki hələ danışıqlar prosesi gedir. Hələ bilmək olmaz ki, hansısa mərhələdə proses qırılacaq, ya qırılmayacaq. Amma indiki nəticələr ümid verir ki, bizim region darmadağın olunmayacaq».

FİKRƏT SADIQOV: «GƏRGİNLİK SƏNGİYİR»

Politoloq Fikrət Sadıqov da İranla razılaşmanı müsbət hadisə sayır:

«Regiondakı uzunmüddətli gərginlik, demək olar, səngiyir. Bu, sağlam düşüncəli bir sazişdir. Müvəqqəti olsa – yarımillik müddətinə imzalansa da, hiss olunur ki, tərəflər bu müqavilənin imzalanmasında və bu regionda stabilliyin yaranmasında maraqlıdır».

Fikrət Sadıqov

Fikrət Sadıqov

Politoloq bildirir ki, yarımillik sazişin davamı olmalıdır:

«Bu da hər iki tərəfdə daxili qüvvələrin mövqeyindən asılı olacaq, çünki buna qarşı çıxanlar da az deyil. İstər ABŞ siyasi elitası daxilində, istərsə İsraildə. İranın daxilində də çox sərt mövqedə dayanan qüvvələr az deyil. Bunları bir araya gətirmək çox çətin olacaq. Amma başqa bir məntiq də onu diktə edir ki, qüvvələr hansısa bir razılığa gəlmək, regionda müəyyən stabillik yaratmaq istəyirlərsə, yeni bir münaqişə ocağı açmamaq fikrindədirlərsə, deməli, yarım ildən sonra da biz bunun davamını görəcəyik».

ZƏRDÜŞT ƏLİZADƏ: «DÜNYA MOLLA REJİMİNİ LAYİQLİ TƏRƏF MÜQABİL KİMİ QƏBUL EDİR»

«İsrailin narazı qalsa da, bu razılaşmaya yalnız və yalnız müsbət qiymət vermək olar» – başqa bir politoloq Zərdüşt Əlizadə belə düşünür.
Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə


Onun sözlərinə görə, sözügedən razılaşma İrana öz iqtisadi vəziyyətini yüngülləşdirməyə, münasibətləri normallaşdırmağa imkan verir:

«Bəlkə də 1979-cu ildən sonra bu birinci hadisədir ki, dünyanın aparıcı dövlətləri molla rejimini layiqli tərəfdaş kimi qəbul edir, onunla müəyyən bir razılaşma imzalayır. ABŞ prezidenti Obama öz xarici siyasətində ardıcıldır. O çalışır ki, Amerikanı hərbi sərgüzəştlərə cəlb eləməsin. İranla münasibətlərin normallaşdırılması da bəlkə də İran-Amerika münasibətlərinin gələcəkdə düzələcəyinin əlamətidir. Ola bilər ki, indiki razılaşmadan daha bir geniş razılaşmaya nail olacaqlar. Qalan dövlətlər də ayrılıqda hərə öz istəyinə çatdı».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG