Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:45

Cənub axını qaz kəmərinin Serbiyadan keçən hissəsinin tikintisinə başlanıb


Ivica Dacic və Alexey Miller, Belgrade, 11Nov 2013.
Ivica Dacic və Alexey Miller, Belgrade, 11Nov 2013.
Cənub axını qaz kəmərinin Serbiyadan keçən hissəsinin tikintisinə başlanıb.
Açılış mərasimində Serbiya prezidenti Tomislav Nikolic ,baş nazir Ivica Dacic və Qazpromun rəhbəri Aleksei Miller də iştirak ediblər.

Dacic mərasimdə çıxış edərkən bunun son 10 illikdə Serbiyada ən iri sərmayyə olduğunu bildirib.Qazpromun rəhbəri Aleksei Miller layihəni ikitərəfli münasibətlərdə vacib hadisə adlandırıb.

Serbiya ilə Qazprom 2012-ci ildə gəmərin Serbiyadan keçən 421 kilometrlik hissəsinin tikintisi ilə bağlı 1,9 milyard dollarlıq müqavilə imzalayıblar.Qazın 2016-cı ildən veriləcəyi gözlənilir və gəmərin illik gücü 63 milyard kubmetrdir.Layihəni ilkin olaraq Qazprom maliyyələşdirir, Serbiya isə öz payını tranzit gəlirlərindən ödəyəcək.


Qara Dənuzin dibindən keçən bu kəmər Rusiya, Bolqarıstan, Serbiya, Macarıstan, sonra isə Qərbi Avropanı birləşdirəcək.Rusiya Ukraynadan yan keçən bu kəmərlə birbaşa,Avropaya qaz sata biləcək.

Qeyd edək ki, Ukraynadan tranzit keçən qaza görə dəfələrlə Moskva ilə Kiyev arasında mübahisə yaranıb.
XS
SM
MD
LG