Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

"Allah qayıdır?!" Kiyevdə təqdim edildi


Zümrüd Yağmurun Ukrayna dilinə tərcümə edilmiş "Allah qayıdır?!" romanının təqdimatı

Zümrüd Yağmurun Ukrayna dilinə tərcümə edilmiş "Allah qayıdır?!" romanının təqdimatı

-

Ötən şənbə günü Kiyevdə - Ukrayna Millətçilər Konqresinin binasında azərbaycanlı yazar Zümrüd Yağmurun “Allah qayıdır?!” ktabının təqdimat mərasimi keçirilib.

Kitab bu günlərdə Ukrayna dilinə tərcümə edilərək Kiyevdə nəşr olunub.

Roman diktatura, hüdudsuz hakimiyyət ehiraslarının mənəvi-əxlaqi dəyərləri necə aşındırmasından, zülm və istibdadın süqutundan bəhs edir.

Kitaba ön sözü Lvov Universitetinin ədəbiyyat kafedrasının müdiri, professor İqor Pavlyuk yazıb.

Ukrayna Millətçilər Konqresinin sərdi Stepan Bratsun Zümrüd Yağmurun kitabından bəhs edərkən bildirib ki, belə bir əsərə Ukraynada da ehtiyac var.

Çünki əsərdə göstərilən hadisələr, baş verənlər bir qədər fərqli olsa da Ukraynada da baş verir.
XS
SM
MD
LG