Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:03
-
Noyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli aclıq aksiyasına başlayıb.

Bu haqda AzadlıqRadiosuna vəkili Elçin Sadıqov məlumat verib.

“Pərviz Həşimli ailəsi ilə görüşməyə və danışmağa icazə verilməsini, şikayətlərinin və müraciətlərinin ünvanına çatdırılmasını tələb edir. Söhbət onun ombudsmana, məhkəməyə, baş prokurora, milli təhlükəsizlik nazirinə etdiyi şikayətlərdən gedir. Bundan başqa o vəkillə görüş zamanı konfedesiallığın pozulmasına – qeydlərin məcburi qaydada alınmasına və saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir”.

Vəkilin sözlərinə görə, P. Həşimli həddindən artıq kiçik otaqda saxlanılır.

“Otağın kiçik bir pəncərəsi var. Nəfəs almaq mümkün deyil, ayaqyolu da içəridədir. Deyir ki, içəridə həmişə pis iy olur. İçəri həm də rütubətli olur, ona görə səhhətində problemlər var”.

MTN-nin ictimaiyyətlə Əlaqələr mərkəzindən P.Həşimlinin aclığa başlaması ilə bağlı hər hansı məlumat verməyib.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

P.Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG