Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

Suriyadakı vətəndaş müharibəsində 11 min uşaq ölüb


Suriyadakı vətəndaş müharibəsində 11 min uşaq ölüb. Yüzlərlə uşaq isə snayperlərin açdığı atəş nəticəsində qətlə yetirilib.

Londonda yerləşən Oxford Research Group (Oxford Araşdırma Qrupu) təşkilatının yaydığı hesabata görə, bu uşaqların çoxu yaşadıqları bölgələrdə bomba və top mərmiləri ilə öldürülüb.

Hesabat “Oğurlanmış gələcək” adlanır. Hesabat 2011-ci ilin martından 2013-cü ilin avqustuna qədər olan dövrü əhatə edir.

Hesabatda deyilir ki, 17 yaşdan aşağı olan 11420 qurbandan 389-u snayper gülləsi ilə öldürülüb. Aralarında körpələrin də olduğu 100-dən çox uşağa isə işgəncə verilib. Müharibədə ölən oğlan uşaqlarının sayı qız uşaqlarının sayından iki dəfə artıqdır.

Üç ildə ən çox uşaq isə Hələb şəhərində öldürülüb. Bu şəhərdə 2223 uşaq ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG