Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:17

Kiyevdə avrointeqrasiya tərəfdarlarının mitinqi keçirilir - Canlı


-


MİTİNQ DAVAM EDİR...

Ukraynanın paytaxtı Kiyevdə avrointeqrasiya tərəfdarlarının mitinqi davam edir. Yerli mətbuatın yazdığına görə, bu saatadək heç bir toqquşma qeydə alınmayıb.
Yerli müxalifət liderlərinin dediyinə görə, meydana toplaşanlar 100 mindən çoxdur.

Polis isə mitinqin keçirildiyi meydanda 3 min adamın toplaşdığını deyir
Hakimiyyət nümayəndələri Ukraynanın “UDAR” müxalifət partiyasının lideri Vitali Klitschkonun mitinqə vaxtında qoşulmasına maneə yaradılıb. Bu barədə partiyanın rəsmi saytında məlumat yer alıb.

Bildirilir ki, yerli aeroport V.Klitschko Kiyevə qayıtdığı təyyarəni qəbul etməkdən imtina edib. Klitschko Avpova siyasətçiləri ilə görüşlərdən qayıdırmış. Partiyanın yaydığı məlumata görə, partiya liderinin olduğu təyyarə başqa şəhərdə yerə enməli olub və Klitschko hazırda aksiyaya qatılmaq üçün avtomobillə yol gəlir.


Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenkonun abidəsi önündə avrointeqrasiya tərəfdarlarının mitinqi başlayıb.
Aksiya iştirakçılarının əlində müxalifət partiyalarının bayraqları var.
Etirazçılar Ukrayna hökumətinin Avropa Birliyi (AB) ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandırmasına qarşıdırlar.
Bir neçə gün öncə parlamentin yaxın vaxtlarda Avrointeqrasiya ilə bağlı qanunlar qəbul etməyəcəyi bəlli olandan dərhal sonra «Batkivşina» fraksiyasının rəhbəri Arseniy Yatsenyukdan mitinq çağırışı gəlib. O, Avrointeqrasiya tərəfdarlarını noyabrın 24-də Kiyevin mərkəzi meydanında mitinqə səsləyib. Lakin narazılar təyin olunan vaxtı gözləmədən sosial şəbəkə vasitəsilə təşkilatlanaraq noyabrın 21-i də mitinq keçiriblər. Müxalifət partiya liderləri aksiya iştirakçıları qarşısında çıxış edərək insanları küçələrə çıxmağa, hakimiyyətə təzyiqi artırmağa və vədlərin yerinə yetirilməsini tələb etməyə çağırıblar. Gecə meydanda milislə toqquşma da qeydə alınıb.
Kiyev rəhbərliyinin xahişi ilə yerli məhkəmə noyabrın 22-dən yanvarın 7-ə qədər kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG