Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:14

«Oda» teatrı tamaşasını təxirə salmayıb


-
«Oda» teatrı noyabrın 24-də nəzərdə tutulan tamaşasını təxirə salmayıb. Bu barədə AzadlıqRadiosuna teatrın yaradıcılarından biri Elmin Bədəlov məlumat verib.
Noyabrın 23-də «Oda» teatrının fəaliyyət göstərdiyi zirzəmini polis bağlayıb. Səbəb kimi qonşuların səs-küydən narazı olduğu bildirilib. Teatrın iki əməkdaşı - İlqar Cahangir və Elmin Bədəlov polis bölməsinə aparılıb, izahat alındıqdan sonra sərbəst buraxılıb.
Elmin Bədəlov deyir ki, polis zirzəminin açarını aparsa da, teatr əməkdaşları əlavə açarla qapını açaraq dünən axşam saatlarından teatrın fəaliyyət göstərdiyi zirzəmidədirlər:
“Gecə də burada qalmışıq. Bu saata qədər hələ bizi buradan çıxaran, bir maneə yaradan olmayıb. Vəkillərlə danışmışıq. Onlar bizə deyiblər ki, polisin heç bir sənəd göstərmədən zirzəmini bağlayıb getməsi qanunsuzdur. Ona görə də bu günə olan tamaşamızı göstərmək niyyətindəyik. Ümid edirik heç bir problem olmaz”.
«Oda» teatrı bu il iyulun 15-də «Evlənmə» tamaşası ilə fəaliyyətə başlayıb. Teatrın daimi yeri olmayıb, bu səbəbdən tamaşalar hər dəfə ayrı-ayrı ünvanlarda keçirilib. İki ay əvvəl teatr «ISR Plaza» otelinin arxasındakı yaşayış binalarının birinin zirzəmisinə köçüb.
Noyabrın 24-də «Oda» teatrında əməkdar artist İlqar Cahangirin “İtən vaxt” mono tamaşası nümayiş olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG