Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:17

Separatçı qruplaşma Çin hökumətinə hədə-qorxu gəlir


-
“Şərqi Türküstan İslam Hərəkatı” İslam qruplaşması ötən ay Pekində törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Oktyabrın 28-də Pekinin Tyananmen meydanında avtomobil yüksək sürətlə piyadaların üstünə sürülüb. Nəticədə maşın partlayıb, beş nəfər ölüb. Çin hökuməti hadisənin terror olduğunu və “Şərqi Türküstan İslam Hərəkatı” tərəfindən törədildiyini elan edib.
Separatçı qruplaşmanın nümayəndəsi Abdulla Mansur bildirib ki, ötən ay paytaxtda törədilən “cihad əməliyyatı” Çin rəhbərliyinə qarşı hazırlanan hücum silsiləsinin yalnız başlanğıcıdır.
“Şərqi Türküstan İslam Hərəkatı” Çinin qərbində - Sinzyan-Uyğur muxtar rayonununda məskunlaşıb. Bu rayonun əksər sakini müsəlman uyğurlardır. Həmin sakinlər hökuməti onları dədə-baba yurdundan didərgin salmaq istəməsində ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG