Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:33

Göyçayda doğuş zamanı ana ölüb


-
Göyçay Rayon Mərkəzi Xəstəxanasında hamilə qadın doğuş vaxtı dünyasını dəyişib.

APA TV-nin məlumatına görə, hadisə xəstəxananın doğum şöbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Quliyeva Xəyalə Akif qızı ilk övladını dünyaya gətirmək üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin, hamilə qadın qız övladını dünyaya gətirən zaman məlum olmayan səbəbdən dünyasını dəyişib. Doğuş zamanı qəflətən halı pisləşən Xəyalə Quliyevanın həyatını xilas etmək mümkün olmayıb. Onun ailə üzvləri hamilə qadının ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirərək, doğuş anına qədər onun sağlam olduğunu bildiriblər.
Doğuşu aparan mama-ginekoloq Zəhra Salmanova Xəyalə Quliyevanın 9 aylıq hamiləliyi dövründə nəzarətdə olduğunu, lakin, son iki ayda onun Qəbələdə olması səbəbindən müayinəyə gəlmədiyini bildirib.
"Hamilənin qəflətən dili getdi və agzı kilitləndi təcili olaraq hamiləyə kömək görsetdik. Reanimatoloqlar çağrıldı, xəstəyə bütün reanimatoloji yardım görsədildi bundan başqa hematoloq və reanimatoloq çağrıldı bütün göstərilən tədbirlərə baxmayaraq hamilənin həyatını xilas etmək mümkün olmadı".
Qeyd edək ki, doğuş zamanı ölən gənc ananın dünyana gətirdiyi qız övladının həyatını xilas etmək mümkün olub. Hazırda uşaq həkim nəzarətindədir. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG