Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:23

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının mükafatlandırma mərasimi keçirilib


 I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı

-
Noyabrın 23-də I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının mükafatlandırma mərasimi keçirilib.

Mərasimə dünyanın 45 ölkəsindən qonaqlar qatılıb.

Nizami Kino Mərkəzində baş tutan tədbirdə Mədəniyyət və Turizm naziri Əbulfəz Qarayev də iştirak edib.

Festivalda 31 ölkədən 74 rejissorun 78 filmi nümayiş olunub.

Filmlər yerli və xarici ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfinən qiymətləndirilib. Münsiflər heyətinin 3 üzvü Azərbaycandan - Azər Qərib, Vasif Babayev, Cəmil Fərəcov, 4 üzvü isə xarici ölkələrin təmsilçisi olub - Aleksandr Kammel, Lela Krstevska, Devid Kuper, Qriqoris Koulbanis.

7 nominasiya üzrə keçirilən müsabiqənin qaliblərinə qızıl, gümüş və bürünc mükafat təqdim olunub.

Qran Pri mükafatını "Şübhəsiz" filminə görə Birləşmiş Ərəb Əmirliklərindən Babək Amini əldə edib.

Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" filmi jurinin xüsusi mükafatına layiq görülüb. Filmin rejissoru Stefan Berqunyu, Jan Pyer Devierdi. Ekran əsərində Jerar Departyenin Azərbaycana səyahətindən bəhs olunur.

Tanınmış aktyor canlı telefon bağlantısıyla filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib və beynəlxalq əhəmiyyətli festivalın Bakıda keçirilməsini yüksək qiymətləndirib.

Ssenari müəlliflərindən biri, həmçinin filmdə çəkilmiş aparıcı Fuad Axundov Mədəniyyət və Turizm Naziriliyi tərəfindən Azərbaycan Respublikasının Fəxri Turizm İşçisi mükafatına layiq görülüb.

Müsabiqənin milli mükafatı "Şəhər içində şəhər" filminə görə kinorejissor Vasif Məmmədzadəyə təqdim olunub.

Festival çərçivəsində keçirilən "Odlar Yurdu" foto müsabiqəsinin qalibləri də açıqlanıb. Ərtoğrul Qafarov qızıl, Nicat Qafarov gümüş, Ceyhun Vəliyev isə bürünc mükafata layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG