Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:54

Fəhlə tikintidən yıxılaraq ölüb


-
Bu səhər Bakıda fəhlə ölümü hadisəsi baş verib.
Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində olub. Şahidlərin ANSpress-ə dediyinə görə, şəxsiyyəti naməlum fəhlə tikintidən yıxılaraq ölüb. Hadisə yerinə təcili yardım gəlib, amma fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Sabunçu rayon prokurorluğunun nümayəndəsi yıxılma faktını istisna edib. Bildirib ki, ilkin ehtimala görə fəhlə ürək tutmasından ölüb.
Prokurorluq əməkdaşı həmçinin hadisə yerində müstəntiqlərin işlədiyini, ölümün dəqiq səbəbinin və mərhumun şəxsiyyətinin araşdırmalardan sonra məlum olacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG