Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:01

İran nüvə proqramını dayandırır


Catherine Ashton Mohammad Javad Zarif ilə görüş zamanı

Catherine Ashton Mohammad Javad Zarif ilə görüş zamanı

-
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə rəsmisi Catherine Ashtonun dediyinə görə, razılaşmaya hər iki tərəfin müəyyən güzəştlərə getməsi nəticəsində nail olunub.
Razılığın reallaşdırılmasını atom enerjisi üzrə beynəlxalq agentlik koordinasiya edəcək.
Məlumata görə, İran öhdəliyinə götürüb ki, ilkin mərhələ olaraq yarım il müddətinə dünya ictimaiyyətinin narahatlığına səbəb olan prosesi dayandıracaq. Əvəzində isə ona qarşı sanksiyalar zəiflədiləcək.
ABŞ prezidenti Barak Obama Cenevrə razılaşmasını alqışlayıb. Bildirib ki, söhbət İranın nüvə silahına yiyələnməsinin qarşısını almağa yardım edə biləcək çox mühüm məhdudiyyətlərdən gedir.
Razılaşmada İranın və böyük “altılıq”ın – Böyük Britaniya, ABŞ, Rusiya, Fransa, Çin və Almaniyanın nümayəndə heyəti iştirak edib.
Qərb ölkələri İranı nüvə silahı yaratmaqda suçlayır. Rəsmi Tehran isə bunu təkzib edir, nüvə fəaliyyətinin sülh xarakterli olduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG