Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:04

İranla 6 dövlət nüvə proqramını müzakirə edir


Catherine Ashton və Mohammad Javad Zarif arasında danışıqlar

Catherine Ashton və Mohammad Javad Zarif arasında danışıqlar

-
Almaniyanın xarici işlər naziri Westerwelle Guido İranın nüvə proqramı ilə bağlı razılaşma üçün real imkanların olduğunu bildirir.

Nazir bunu noyabrın 23-də Cenevrədə İran və 6 dövlətin xarici işlər nazirlərinin görüşündə deyib.

İranın nüvə proqramı məsələsi Cenevrədə ABŞ və Rusiya xarici işlər nazirləri arasında da müzakirə olunub. Amma danışıqların təfərrüatı barədə məlumat verilmir.

Bəzi informasiya agentliklərinin məlumatına görə, noyabrın 22-də İranın xarici işlər naziri Mohammad Javad Zarif ilə Avropa Birliyinin xarici əlaqələr üzrə ali nümayəndəsi Catherine Ashton arasında gedən danışıqlarda əsas məsələlərlə bağlı müəyyən irəliləyiş olub.

Çin mətbuatı isə danışıqların son mərhələyə daxil olduğunu yazır.

Amerika, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya təklif edir ki, İran nüvə proqramı ilə bağlı bəzi məqamlardan imtina etsin. Bunun əvəzində İrana qarşı sanksiyaların yumşaldılacağı vəd edilir.

Qərb ölkələri narahatdırlar ki, İran mərhələ-mərhələ nüvə silahı hazırlayır. İran isə bu ittihamları təkzib edir.

İranın nüvə proqramı ilə bağlı Cenevrə danışıqları noyabrın 20-də başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG