Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:21

Zaqatalada kitab mağazasında partlayış olub


-
APA TV-nin məlumatına görə, partlayış səhər saatlarında Molla Vəli Vidadi küçəsindəki kitab satışı mağazasında baş verib.

Satıcı Ömər İbrahimov səhər mağazaya daxil olduqdan sonra alışqanla siqaret yandırmaq istəyib. Bu vaxt partlayış baş verib. Partlayışın baş verdiyi an təhlükəsizlik kameralarında qeydə alınıb.

Görüntülərdə, həmçinin, Ömər İbrahimovun partlayışdan sonra küçəyə qaçması və ətrafdakı insanların on kömək etməsi kadrları da var.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan kitabxana sahibi Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Kitab mağazasında qazdan istifadə edilmir. Lakin mağazanın yerləşdiyi ərazidən təbii qaz xətti keçir. Bu səbəbdən mağazada baş verən partlayışa qaz sızmasının səbəb ola biləcəyi ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG