Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:26

Rafiq Tağı ve Elmar Hüseynovla bağlı imzatoplama başlanır


-
Rafiq Tağı və Elmar Hüseynovun adının əbədiləşdirilməsi ilə bağlı imzatoplama kampaniyasına başlanır.

Bunu noyabrın 23-də yazıçı-publisist Rafiq Tağının anım mərasimində Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov deyib:

«İmza toplanandan sonra onu prezidentə göndərəcəyik. Orda yazılacaq ki, biz imza atanlar adıçəkilən şəxslərin xatirəsinin əbədiləşdirilməsini istəyirik. Mətbuat prospektində və ya keçmiş «Musabəyov bağı»nda yer ayrılarsa, onların xatirəsini əbədiləşdirən abidələrin hazırlanmasını öz üzərimizə götürürük».

Emin Hüseynov bildirib ki, kampaniya Elmar Hüseynovun qətlə yetirildiyi günə-martın 2-nə qədər davam edəcək.

Elmar Hüseynov 2005-ci il martın 2-də öz evinin kandarında qətlə yetirilib. Rafiq Tağı 2011-ci il noyabrın 19-da bıçaqlanıb, 4 gün sonra xəstəxanada keçinib.

Hər iki qətlin icraçıları və sifarişçiləri hələ də tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG