Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:11

Jurnalist İdrak Abbasov Martin Adler mükafatını alıb


İdrak Abbasov
İdrak Abbasov
-
Jurnalist İdrak Abbasov İsmayıllı iğtişaşları zamanı hazırladığı videolara görə builki «Rory Peck» media mükafatlarından Martin Adler mükafatını alıb. (İsveç jurnalisti 55 yaşlı Martin Adler 2006-cı il iyunun 23-də Somalidə reportaj hazırlayarkən öldürülüb).

Bu mükafat «xəbər toplamaq üçün mühüm töhfələr verən yerli müstəqil jurnalistin» işlərini mükafatlandırır.

BBC-nin yaydığı məlumata görə, mükafatı ona «Hexagon» dizayn şirkətindən Kristin Christensen təqdim edib.

İsmayıllı hadisələri bu il yanvarın 23-24-də olub. Həmin vaxt İsmayıllıdakı «Çıraq» otelinin inzibatçısı və daha bir nəfər rayon sakinlərini təhqir edib. Sonradan insident genişlənib, «Çıraq» oteli və bir neçə maşın yandırılıb. Daha sonra icra başçısı Nizami Ələkbərovun istefası tələb olunub.

18 nəfər həbs olunub, onların məhkəmələri davam etməkdədir.
XS
SM
MD
LG