Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:55

Yadigar Sadıqovun məhkəməsi şahid ifadələri ilə davam etdirilib


Yadigar Sadıqov

Yadigar Sadıqov

-
Noyabrın 22-də Lənkəran şəhər Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovla bağlı proses davam etdirilib.

Məhkəmədə iki hal şahidi dindirilib. Sənədlərdə 7 hal şahidi olduğu qeyd olunur.
Onlar dolaşıq ifadə verirlər. Bununla bağlı vəkil Xalid Kazımov dəfələrlə vəsadət qaldırsa da, məhkəmə bunu rəd edir.

Məhkəmə zalında çəkilişə icazə verilməyib.

Məhkəmə dekabrın 4-də işini davam etdirəcək.

Lənkəran sakini Yadıgar Sadıqov Qarabağ veteranı Rəşid Kərimovu döyməkdə günahlandırılır. O, CM-nin 221.3 maddəsi ilə təqsirli bilinir.
XS
SM
MD
LG