Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

Ekspert: Lazımi məlumatları ictimaiyyətə yaymayacaqsınızsa...- [Video ]


Ekspert: Lazımi məlumatları ictimaiyyətə yaymayacaqsınızsa...
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Ekspert: Lazımi məlumatları ictimaiyyətə yaymayacaqsınızsa...

-
«Bütün dövlət orqanlarından xahiş edirəm ki, «Açıq Hökumət Tərəfdaşlığı»na aid sorğulara diqqətlə yanaşsınlar. Hökumətin sorğulara cavabı Azərbaycana da xeyirlidir. Lazımi məlumatları ictimaiyyətə yaymayacaqsınızsa, monitorinq-hesabatlarındakı nəticələr Azərbaycanın xeyrinə olmayacaq» – Noyabrın 22-də iqtisadçı ekspert Qubad İbadoğlu «Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın monitorinq-hesabatın təqdimatında belə deyib.

«HÖKUMƏT MÜKƏMMƏL PLAN ORTAYA QOYMAQ İSTƏYİRSƏ...»

Ekspertin sözlərinə görə, vətəndaş cəmiyyəti bu proqram çərçivəsində hökumətlə müzakirələri davam etdirməyə hazırdır:

«Vətəndaş cəmiyyətinin geniş şəkildə, davamlı iştirakı olmadan hazırlanan dövlət proqramları, dövlət planları son nəticədə mükəmməl olmur. Hökumət həqiqətən də mükəmməl plan ortaya qoymaq istəyirsə, mütləq bunu vətəndaş cəmiyyəti ilə müzakirəyə çıxarmalıdır».

«Şəffaflıq Azərbaycan» təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva «Açıq Hökumət Tərəfdaşlığı» ilə bağlı monitorinqin önəmini vurğuladı:

«Bu il başlayan bu proqram 2012-2015-ci illəri əhatə edir. Birinci hesabat çox vacibdir. Sankt-Peterburq və Moldova ekspertlərinin hazırladığı metodologiya monitorinqin gedişində daha da təkmilləşdirilib».

«İŞLƏRİN DÖRDDƏ BİRİ GÖRÜLÜB»

Rəna Səfərəliyevanın sözlərinə görə, monitorinqdə nəzərdə tutulan işlərin 25 faizi icra olunub:
Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

«Fəaliyyət planında nəzərdə tutulan 2 sahədə – elektron xidmətlərin yaradılmasında və mədən sənayesində şəffaflıq məsələsində bəlli uğurlar var. Ancaq təəssüflər ki, ictimai iştirakçılıqla bağlı nailiyyətlərimiz çox yüksək deyil».

Azərbaycan 2011-ci il sentyabrın 20-də – BMT Baş Assambleyasının 66-cı yığıncağında elan olunmuş Açıq Hökumət Tərəfdaşlığına qoşulan 61 ölkədən biridir. Proqrama qoşulan ölkələr açıq hökumətin təşviqi, şəffaflığın artırılması ilə bağlı öz fəaliyyətini təkmilləşdirmək öhdəliyi götürür.

«AÇIQ HÖKUMƏT»İN ÖHDƏLİKLƏRİ

«Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı» qəbul edən Azərbaycan hökuməti informasiya əldə edilməsini asanlaşdırmalı, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakını genişləndirməli, elektron xidmətləri təkmilləşdirməli, vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığı artırmalıdır. Proqramda ictimai önəm daşıyan başqa öhdəliklər də əksini tapıb.

Prezident İlham Əliyev «Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nı 2012-ci ildə təsdiqləyib.
XS
SM
MD
LG