Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:49

Bakıda ərdəbilli rəssamın sərgisi açılır


-
Noyabrın 22-dən-27-dək Bakı Muzey Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən İranın Ərdəbil şəhərindən olan rəssam Vədud Müəzzinin əsərlərinin sərgisi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəssama istinadən yaydığı xəbərə görə, sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunur.

Sərgidə müxtəlif mövzularda yağlı boya və pastel texniki üslubu ilə işlənmiş əsərlər, Heydər Əliyev, Məhəmməd Hüseyn Şəhriyar, Şah İsmayıl Xətai, Füzuli, Şəms Əttar, Habil Əliyev, Ağaxan Abdullayev kimi şəxsiyyətlərin portretləri nümayiş olunacaq.

Rəssamın Şahdağ və XIX əsrə aid fotolardan ilhamlanaraq çəkdiyi köhnə Bakının rəsmlərindən ibarət 110 əsər də sərgidə sənətsevərlərin görüşünə gələcək.

Sərgidə eləcə də, Vədud Müəzzinin əl işi olan 15-dən çox heykəltəraşlıq nümunəsinin fotoları sərgilənəcək.

Vədud Müəzzin bildirib ki, indiyədək dünyanın bir çox yerlərində, o cümlədən İstanbul, Konya, Aşqabad, Düşənbə, Hamburq, Darmştadt, Los-Anceles, Çikaqo, San-Fransisko, Vaşinqton, Nyu-York kimi böyük şəhərlərdə uğurlu sərgilər təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG