Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Cəmil Həsənli «Amerikanın Səsi»nin rəhbəri ilə görüşüb


-
Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli Vaşinqtonda «Amerikanın Səsi» radiosunun direktoru David Ensor-la görüşüb.

Görüşdə Azərbaycanda seçkidən sonrakı siyasi mühit və müstəqil mətbuatın durumu müzakirə olunub.

Bu barədə «Amerikanın Səsi» məlumat yayıb.

David Ensor 1993-cü ildə ABC teleşirkətinin jurnalisti qismində Azərbaycanda olduğunu söyləyib. Qarabağ müharibəsi zamanı təmas xəttindəki təcrübəsindən danışıb. Azərbaycanın «Amerikanın Səsi» üçün mühüm auditoriya olduğunu bildirən Ensor xəbər yayımında demokratiya və azadlıq dəyərlərinə önəm verildiyini vurğulayıb.

Cəmil Həsənli Azərbaycanda avtoritar rejimin mövcud olduğunu, rejimin müxalifəti həbs və təqiblərlə susdurmağa səy göstərdiyini bildirib.

O, Azərbaycanda bütün televiziya və radio stansiyaların İlham Əliyev hökumətinin nəzarətində olduğunu deyib.
XS
SM
MD
LG