Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:55

Qüdrət Həsənquliyev: «Ədliyyə Nazirliyində vəziyyət bərbaddır»


Zahid Oruc
Zahid Oruc
-
«İllərdir elə təşkilatlar var ki, qeydə alınmırlar, bu iş çox yubadılır. Hüquqi şəxsin qeydiyyata alınması niyə bu qədər gecikdirilir?».

Bunu «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

O bu məsələlərə yenidən baxılmasını istəyib:

«Lazım gəlsə, ədliyyə nazirini parlamentə dəvət etmək lazımdır ki, bizə bu təşkilatların qeydiyyatının nə üçün yubandığını bildirsin».

Ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edən Qüdrət Həsənquliyev də Ədliyyə Nazirliyi rəhbərliyinin ünvanına tənqid səsləndirib:
Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

«İctimai təşkilatların qeydiyyat məsələsində problem var. Belə xəbərlər yayılır ki, dövlətdə hansısa nüfuzlu şəxslər təminat verməlidir ki, səni qeydə alsınlar... Ədliyyə Nazirliyində vəziyyət bərbaddır. Məhkəmə qərarlarının icrası məsələsi də burada dəfələrlə müzakirə edilib. Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir».

Bu fikirlər Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun etirazına səbəb olub:

«Xahiş edirəm qanun layihəsi haqda danışın. Ayrı-ayrı şəxslər haqda danışmayın. Əlinizdə də faktlar yoxdur. Yekunlaşdırın».

Qüdrət Həsənquliyev sənədlərə istinadla danışdığını bildirib:

«Ziyafət müəllim, dediklərim böhtan deyil və istənilən qədər əlimdə fakt var. İstəsəniz, onları sizə təqdim edə bilərəm».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG