Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:40

-

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə sovet şairlərinin əsas hədəflərindən idi. Kimsə öz təşəbbüsü ilə, kimsə repressiyalardan can qurtarmaq üçün mühacirətdəki öndəri bacardıqca ağır ittiham və söyüşlərlə "ifşa edirdi". Bu da Mikayıl Rəfilinin şeiridir.

Bolşevik işğalının Azərbaycanda yaratdığı mühiti anlatmaq üçün çap edilir.


Mikayıl Rəfili


Son dərviş


Dilim mənim ana dili qədər təmiz, sadə...
Dinlə cənab
Rəsulzadə!

Bir devr var cibgirlər devri deyərlər isminə...
Hər dönmədə bir şarlatan,
Başında papaq, belində xəncəri...
Olmuşdu hökümran...
Bu idi qurduğun
Azərbaycan!
Bir zaman sən tapdın qurana,
Xəlifə ordusunun süngülərində
Açdın parlaman...
Aman nə yazıq! İki il belə sürmədi devrin,
Böyük bir vulkan yatırmış əsrin üfüqlərində...
Sən hördüyün o tor.
O qarınca parlaman
Boş bir bucaqdı:
Requlyator
Yerini dutan
Dörd-beş nəfər mülkədar və tacirin əlində
“Lezginka” oynayan
Eybəcər bir oyuncaqdı...
Aman, nə yazıq.
İki illik bir devr
İki illik leş bayramını görmədən gəbərən.
Leş sevən
Burjua köpəkləri!
Başqa bir ad tapmadım sizə verim...
Sizsiz Azərbaycan kəntlisi böldü yeri,
Sizsiz verdi dekretini,
Azərbaycan verdi Azərbaycana
Doğma, böyük,
Sərvətini...
Biz burada yeni bir məmləkət tikərkən,
Türk kəntlisi öz türini özü əkərkən,
Türk işçisi damarında axan qan kibi bəslərkən
Hər bir damla qara qanı,
Avropanın hərraç bazarında qoydunuz torqa
Azərbaycanı.
Sən də ey “vətən” mədənlərini “vətən”
düşmənlərinə satan
Millətçilik sərkərdəsi!
Yırtılmadımı cibgir üzünün son pərdəsi?
On böyük addım atdı Azərbaycan
Gözüm də, könlüm də, ömrüm də ona qurban.
Gəlib görən gərək işini proletarın,
Qurmaqdayız böyük bir yarın.
Bu aydın yolları dutan
Dəmir bir gediş.
Dinlə mənim son sözümü,
Ey sərimin son sərvişi, ey son dərviş!
Dinlə sən ey tarixin vərəqləri arasında qalan,
Bankir dizlərini qucaqlayan.
Cib diblərini sayan,
Yalançı pəhləvan!
Millətlər qurmuş böyük dəha,
Ver hər növ millətçiliyə
FATİHƏ!

Bakı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG