Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:09

Gəncənin müasir istilik sistemli məktəblərində üşüyən şagirdlər...


4 saylı orta məktəb
4 saylı orta məktəb
-
Gəncə Təhsil İdarəsinin açıqlamasına görə, bu şəhərdəki 49 məktəbdən 47-də müasir istilik sistemi quraşdırılıb. Bundan başqa, bu il şəhərdəki 8 məktəbdə əsaslı təmir işləri aparılıb və yardımçı korpuslar tikilib. Di gəl ki, üzü «aqlay»lı, təmirli gözoxşayan binalarda məktəblilər qızına bilmirlər.

«SİNFİMİZ ELƏ SOYUQ OLUR Kİ, QƏLƏM TUTUB YAZI YAZMAQ OLMUR»

Gəncənin ən çox şagird tutumu olan 4 saylı orta məktəbin 6-cı sinif şagirdi Fariz Cəbiyev deyir ki, havalar soyusa da, məktəbdəki istilik sistemləri işləmir. Əlləri üşüyən məktəbli sonuncu dərslərdə yazı yazmaq üçün qələm tuta bilmədiklərini deyir:

«Sinfimiz elə soyuq olur ki, qələm tutub, yazı yazmaq olmur. Axırıncı dərslər lap soyuqdan donuruq. Elə uşaqlar var ki soyuq olur deyə, məcbur qalıb axırıncı dərslər qaçırlar. Guya bizim məktəb şəhərdə ən yaxşı məktəbdir. Kombilər qurulub, amma qoşulmayıb».

Həmin məktəbin 4-cü sinfində qızı təhsil alan valideyn Səidə Abbasova da deyir ki, uşaqlar soyuqdan xəstələnirlər. Məktəbin direktoru isə heç bir açıqlama vermir. Narahatdırlar ki, qarşıdakı qış aylarında da məktəbdəki istilik sistemi düzəlməsin:

«4 nömrəli məktəb istifadəyə verilsə də, orda hələ də istilik sistemi qoşulmayıb. Söykənib divara, amma qoşulmayıb. 5-6 saat dərsdə oturanlar soyuqdan donur.
Kombilər qurulub, amma qoşulmayıb
Kombilər qurulub, amma qoşulmayıb
Müdir deyir ki, başqa yanacaq icazə verilmir. Ehtimal var ki, bu qışı beləcə qalsın. Mənim qızım 4-cü sinifdə oxuyur, qalın geyinməyə icazə verilir. Yuxarı sinif şagirdlərini isə məcbur edirlər ki, məktəbli geyimində gəlsinlər».

«QIZLARA ŞALVAR GEYİNMƏYƏ QOYMURLAR»

Yenicə təmirdən çıxmış 16 saylı orta məktəbdə də vəziyyət eynidir. Uşağını soyuq sinif otağından yarımçıq aparmalı olan Aytən Abdullayeva deyir ki, valideynlər toplanıb məktəb direktoruna şikayət ediblər. Deyiblər ki, heç olmasa, sinif otaqlarında başqa yanacaq vasitələrindən istifadə edilsin, lakin icazə verilməyib:

«Çəkiblər, hamısı adamın üzünə gülür. Amma qoşulmayıb. Müəllimlərə deyirik, hərə bir birinin üstünə atır. «Pletka» taxmağa icazə vermirlər ki, hər sinif bunu etsə, işıqlar dözməz. Üstəlik, tələb edirlər ki, məktəbli geyimi geysinlər. Bu soyuqda yubkada necə gəlsin dərsə? Qızlara şalvar geyinməyə qoymurlar».

İsmayıl İsmayılov
İsmayıl İsmayılov
«BİR NEÇƏ MƏKTƏBİMİZDƏ ELEKTRİK SAYĞACLARINDA NASAZLIQ VAR»

Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov deyir ki, şəhərdəki 18 saylı lisey istisna olmaqla bütün məktəblərdə müasir istilik sistemi quraşdırılıb. Lakin bəzi məktəblərdə hələlik sistem işə salınmayıb.

«Bircə 18 nömrəli məktəbdən başqa hamısında müasir istilik sistemi var. Hamısında verilib. Bir neçə məktəbimizdə elektrik sayğaclarında nasazlıq var. Hazırda onların dəyişdirilməsi, yenilənməsi həyata keçirilir. Ancaq bütün məktəblərimiz təmir edilib, istilik sistemi ilə təmin olunub».

Gəncədə fəaliyyət göstərən 49 məktəbdə ümumilikdə 36 min 524 şagird təhsil alır.
XS
SM
MD
LG