Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:11

BMT-nin xüsusi məruzəçisi Azərbaycana gəlir


-
BMT-nin xüsusi məruzəçisi Rashida Mancu noyabrın 25-də Azərbaycana gələcək.

Səfər dekabrın 5-ə qədər davam edəcək.

Məlumat BMT-nin Bakı nümayəndəliyindən verilib.

Məlumata görə bu, dünyada BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertin qadınlara qarşı zorakılıq hallarını müşahidə etməklə hesabat vermək məqsədilə Azərbaycana etdiyi birinci səfəridir.

Mancu bildirib ki, “Qadınlara qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən çox yayılmış pozulması hallarından biridir və bu qadınların əsas hüquq və azadlıqlarından tam şəkildə yararlanmasına ciddi maneçilik törədir”.

BMT məruzəçisi Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində olacaq, hökumət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.
XS
SM
MD
LG